Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik məktibi göndərib.
Məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.
İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.
Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti"