Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən kədərləndirdi və sarsıtdı. Bu qəza nəticəsində həyatını itirən insanlara görə kədərimizi ifadə edirik.

Belə bir çətin dövrdə bizim düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin və Azərbaycan xalqının yanındadır. Qəza zamanı yaralananların tezliklə sağalmalarını diləyirik.

Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğumuza əmin olmağınızı xahiş edirəm.

Hörmətlə,

 

Roland Prays

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru

Məktublar