Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“AZAL”a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan və Rusiya, həmçinin bəzi digər ölkələrin vətəndaşlarının həlak olmaları ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Həlak olanların yaxınlarının dərdinə şərik olduğumu bildirirəm.
Dmitri Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini