Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə “LUKOYL” şirkətinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən, səmərəli beynəlxalq əməkdaşlığa açıq dövlətdir. Sizin rəhbərliyinizlə ölkədə sabit iqtisadi və siyasi vəziyyətin qorunub saxlanılması üçün düşünülmüş tədbirlər sistemi öz səmərəliliyini sübut edir.
“LUKOYL”un Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Biz mövcud layihələr üzrə öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, eləcə də azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və gücləndirmək üçün bütün səylərimizi göstərəcəyik.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Vadim Vorobyov
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin
baş icraçı direktoru