Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Zati-aliləri cənab Kim Çen Ina

post-img

Zati-aliləri,

Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2024-cü il

Məktublar