Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azərbaycan Sizin müdrik rəhbərlinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli inkişafına kömək edəcək və bu da dost xalqlarımızın maraqlarına uyğundur.
Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam və Azərbaycan Respublikasında bütün müsbət dəyişikliklərə səmimi-qəlbdən sevinirəm.
Xüsusi vurğulamaq istəyirəm ki, Siz atanızın – Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında əsasını qoyduğu islahat kursunun layiqli davamçısısınız. Sizin fəal vətənpərvərlik və vətəndaşlıq mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməyiniz Vətənə layiqli xidmət örnəyidir.
Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizinlə olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər və Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.
Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına cansağlığı, sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Rusiya Vəkillər Gildiyasının prezidenti,
Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti
H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi