BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyndən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Ümumdünya Ərzaq Proqramının adından ən səmimi təbriklərimi çatdırıram.

Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcək ölkə kimi seçilməsi ilə əlaqədar Sizi təbrik edirəm. Azərbaycan Respublikası üçün bu tarixi məqam qida təhlükəsizliyi, iqlim dəyişikliyi və sülh kimi məsələlərin qlobal siyasi gündəliyin ön sıralarına qoyulması baxımından fürsətdir.

Zati-aliləri, əminik ki, Sizin müdrik liderliyinizlə Azərbaycan Hökuməti münaqişədən əziyyət çəkən və digər həssas bölgələrdə iqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsiri kimi qlobal çağırışlarla mübarizəni davam etdirəcək.

BMT-nin Ümumdünya Ərzaq Proqramı qida təhlükəsizliyi və iqlim dəyişikliyi kimi prioritet məsələləri qlobal gündəliyin əsas mövzusu kimi saxlamaq üçün birgə çalışmağa hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

 

Sindi Makkeyn

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru

Məktublar