Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

post-img

Hörmətli cənab Muizzu,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2023-cü il

Məktublar