Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Bu il avqustun 20-də Zati-alinizlə Budapeşt şəhərində görüşərək gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparmaq imkanına görə Sizə minnətdarlığımı bildirirəm.

Mən Qarabağ bölgəsində baş verən hadisələri diqqətlə izləyirəm. Qeyd edim ki, onilliklər boyu davam edən mübahisələrin həlli bir çox dünya dövlətlərinin tarixində olduğu kimi, güclü və ağıllı liderin cəsarətini və müdrikliyini tələb edir.

Yaranmış yeni vəziyyətin region və onun sakinlərinin tam inteqrasiyası üçün imkanlar açacağına ümid edir, Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh və tərəqqi diləyirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram.

Hörmətlə,

 

Milorad Dodik

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti

Məktublar