Koreya Respublikasının Prezidenti Yun Sok Yoldan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikası vətəndaşlarına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ötən illər ərzində ölkələrimiz güclü əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuşdur. Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcəyimizə və xalqlarımızın mövcud dostluğunu daha da möhkəmləndirəcəyimizə ümid edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Yun Sok Yol

Koreya Respublikasının Prezidenti

Məktublar