ABŞ-ın “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli cənab Prezident!

Atanız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şanlı yubileyini qeyd edərkən, mən də onun nurlu xatirəsini Sizinlə və xalqınızla birgə yad edir və Sizə qoşuluram.

Mən bu dahi şəxsiyyətin özünü və onun dinlərarası harmoniya üçün təməl rolunu oynayan dəyərli fikirlərini heç zaman unutmayacağam. Bilirəm ki, Siz Heydər Əliyevin beynəlxalq arenada layiqli yerini tutmuş Azərbaycana inkişaf, tərəqqi və sabitlik gətirən siyasi kursunu uğurla davam etdirdiyiniz üçün onun ruhu şaddır.

Ən xoş arzularla,

 

Ravvin Artur Şnayer

ABŞ-ın “Vicdana çağırış” Fondunun prezidenti

Məktublar