Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti (Türkiyə) və Sunan Kalijaga Dövlət İslam Universitetinin (İndoneziya), birgə təşkilatçılığı ilə 7–9 may aralığı 2026-ci il tarixində Türkiyənin Kilis şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək.
Simpoziumun əsas mövzu və istiqamətləri:
Cəmiyyət
1. İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi.
2. Birgəyaşayışın vacibliyi.
3. Birgəyaşayış mədəniyyətini gücləndirən amillər.
4. Fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi.
5. Birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər.
6. Birgəyaşayış qarşısında duran maneələr.
7. Müsəlman təfəkküründə “cəmiyyət” anlayışı.
8. Qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü).
9. İncəsənətin ictimai şüurun formalaşmasına təsiri.
10. İndoneziyada birgəyaşayışın əsas dinamikliyi.
Təhsil
1. Təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi.
2. Təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri).
3. Rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması.
4. Formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşdürülməsi.
5. Təhsildə şagird və müəllim fəallıqları.
6. Din təhsilinin birgəyaşayış mədəniyyətinə töhfəsi.
7. Ali dini təhsilin birgəyaşayışa töhfəsi.
8. Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi.
9. Fərqli elm sahələrində birgəyaşayış təcrübəsi.
10. İndoneziyada din təhsili.
İslam
1. İslamın birləşdirici xüsusiyyətləri və məzhəblər.
2. Siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri.
3. Fiqh elminin birgəyaşayış mədəniyyətinə təsiri (əhliyyət, məşvərət, əmanət, ədalət və s.).
4. İslam tarixində birgəyaşayışa dair nümunələr.
5. Kəlam elminin dinin düzgün başa düşülməsində rolu (“qəzavü-qədər”, “Tanrı” və “kainat” anlayışları).
6. Xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri.
7. Quranda birgəyaşayışın əhəmiyyəti.
8. Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması.
9. İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri (fundamental mətnlər, şairlər, ozanlar).
Tezislərin qəbul qaydaları
1. Tezislərin ümumi həcmi 300–350 sözdən ibarət olmalıdır.
2. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
3. Tezisin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, tezisin yazıldığı dildə açar sözlər verilməlidir.
4. Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, türk, ingilis, ərəb və ya İndoneziya dillərində “Times New Roman” şriftində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir: [email protected]
Tezislərin son göndərilmə tarixi: 20.03.2026.
Qəbul edilən tezislərin elanedilmə tarixi: 01.04. 2026
Məqalələrin son göndərilmə tarixi: 30.04. 2026.

