Azərbaycan Respublikası Kino Agentliyinin, ölkəmizin Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ölkənin paytaxtında Azərbaycan Kino Günləri keçirilib.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov mədəni aksiyanın məqsədi, kinomuzun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə məlumat verib. Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən danışıb.
Kino günləri çərçivəsində “Zəfər rəqsi” filmi nümayiş olunub. Filmin ideya müəllifi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini vurğulayıb.
Kino nümayişindən sonra iştirakçılar arasında şəbəkələşmə görüşü təşkil olunub.
XQ

