Azərbaycan dirijorunun Moldova uğuru

post-img

Moldovanın paytaxtı Kişinyovda keçirilən 33-cü Beynəlxalq Opera Festivalında 12 ölkədən 20 xüsusi qonaq – Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Holland və İspaniyadan dirijor və müğənnilər, Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppası iştirak ediblər.

Festivalın ən təntənəli anı 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri C.Puççininin “Turandot” operasının təqdimatı olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada fransız soprano Kristel di Marko və çilili tenor Diyeqo Qodoyun ifaları ayaq üstə alqışlanıb. Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı operaya zənginlik gətirib.

Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev tamaşadan sonra Əyyub Quliyevlə görüşüb, soydaşımızı növbəti sənət uğuruna görə təbrik edib.

XQ

Mədəniyyət