İyul və avqustun “Ulduz”u qovuşub

post-img

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib. Dərgi “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır. “Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir.

Ədəbi-bədii dərginin “Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidən poetik nümunələr yar alır. “Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır. “Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərinin dilimizə çevirməsini oxuculara çatdırır. “Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (1-ci hissə) yazısı verilib.

“Dərgidə sərgi” rubrikasının budəfəki qonağı gənc rəssam Naqiyə Rzayevadır.

XQ

Mədəniyyət