İqtisadiyyat naziri Mikayıl Cabbarov bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Nazir bu barədə öz "X" hesabında paylaşım edib.
XQ xəbər verir ki, görüşdə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
"Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, yaşıl enerji sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr apardıq", - nazir qeyd edib.

