Meksikanın Azərbaycandakı səfiri BDU-da

post-img

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Bakı Dövlət Universitetində (BDU) olub.

Qonağı salamlayan rektor Elçin Babayev BDU-nun tarixi, elmi və tədris mühiti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun Meksikanın nüfuzlu ali təhsil müəssisələri ilə akademik əlaqələrin inkişaf etdirilməsi, davamlı əməkdaşlığın qurulması, memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasında maraqlı olduğunu qeyd edib. Xüsusilə nəzəri riyaziyyat, nəzəri fizika istiqamətlərində tədqiqat imkanlarının yüksək olduğunu bildirib.

Səfir Mariya Viktoriya Romero Kabalyero elm, təhsil sahəsində əlaqələrin xalqların yaxınlaşmasında əsas vasitələrdən olduğunu diqqətə çatdırıb. Bu kontekstdə BDU ilə Meksika universitetlərinin əməkdaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə BDU ilə Meksikanın nüfuzlu universitetlərinin əməkdaşlığının genişləndirilməsi, memorandumların imzalanması, ikili diplom proqramlarının, tələbə-müəllim mübadiləsinin təşkili ilə bağlı müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb.

Daha sonra səfir BDU-nun Heydər Əliyev muzeyi, Heydər Əliyev lektoriyası, Faydalı qazıntılar muzeyi, Elmi Kitabxanası ilə tanış olub.

XQ



Təhsil