“Rəngli talelər: cəsurlar, çəkingənlər…”

post-img

Fəlsəfə doktoru, Əməkdar jurnalist Natiq Abdullayevin bu adla oxuculara təqdim olunan yeni kitabında iki fərqli dövrün ibrət götürülməli olan həyat hekayələri verilib.

Həyatda hansı insanın – ehkamlara boyun əyən, çox zaman haqqını qoruya bilməyən, çəkingənin, yoxsa ilk baxışdan sözeşitməz, inadının arxasınca gedərək bəzən qazanan, bəzən də iflas edən cəsarətlinin yolu daha doğrudur? Bu seçimi ona yüksəliş, amallarının gerçəkləşməsi məmnunluğu da yaşada bilər, ömür boyu daşlı-kəsəkli yollar və nakamlıq məzəmməti də. Bəzən insan özünü tanımır, atdığı addımların onu hara aparacağını hiss edə bilmir. Ya reallığı düzgün dərk etmir, ya da ki, dərk edəndə artıq gecikir, geriyə dönüş olmur. Çünki həyat ikitərəfli yox, sadəcə birtərəfli yoldur.

Belə dilemmalarda həyat hekayələri insana yardımçı ola bilər. Doğru-düzgün, bəzəksiz-düzəksiz, olduğu kimi göstərilən, gerçək həyat hekayələri... Ən önəmlisi, təkrar olunan və ya olunacaq, qismət dediyimiz alın yazısının sənə uyğun istiqamətlənməsinə düzən vermək bacarığıdır.

Kitabdakı qəhrəmanların yaşadıqlarını gördükcə bəzən düşünürsən ki, kaş o, bu qədər cəsarətli, inadkar olmazdı. Yaxud əksinə, kaş ki, cəsarəti çatıb etiraz etməyi bacaraydı, qətiyyətli olub sevgisini və həyatını daim özünüməzəmmət girdabından xilas edə biləydi.

XQ

Mədəniyyət