Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxumuş və YouTube platformasında (https://www.youtube.com/watch?v=POBhY3mT0S8) yunan dilində “Hara gedir” adı altında yaymışdır.
Əqli Mülkiyyət Agentliyindən XQ-yə bildirilib ki, məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinmişdir.