Dumbadzenin “Kykaraça”sı Gəncə səhnəsində

post-img

Gəncə Dövlət Milli Dram Teatrı ilə Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində N.Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub.     Layihə hər iki teatr arasında bağlanmış əməkdaşlıq memorandumunun tərkib hissəsinə əsasən hazırlanmışdır. Bu layihə Azərbaycan teatr tarixində bir ilk idi. Yəni, tamaşada Gürcü aktyorları ilə Azərbaycan eyni səhnəni, hətta eyni dialoqu paylaşırlar.     Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, kordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
      Tamaşanın quruluşçu rejissoru Gürcüstan respublikasının əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.
     

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Gəncə





















Mədəniyyət