Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Müasir Təhsil Şəraitində Mənəvi-Əxlaqi Tərbiyə: Beynəlxalq Təcrübə və İnnovativ Yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Fransa, İran və digər ölkələrin nümayəndələri oflayn və onlayn formatda iştirak ediblər.
Konfransda Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “İki dövlət arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında bu əlaqələrin tarixi inkişaf mərhələləri, son illərdə həyata keçirilən ortaq layihələr, müəllim və tələbə mübadiləsi, Azərbaycan dilinin Özbəkistanda tədrisi məsələlərinə toxunan alim, bu sahədə görülən işlər barədə danışıb, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində mövcud əlaqələr, qarşılıqlı layihələr, tələbə-müəllim mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib. O, eyni zamanda təhsilin beynəlmiləlləşməsi və türkdilli dövlətlər arasında ortaq elmi-təhsil platformalarının qurulması məsələlərini də vurğulayıb.
Konfransda müasir təhsildə mənəvi-əxlaqi tərbiyənin rolu, tədris prosesində bu dəyərlərin aşılanması və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb. Müxtəlif ölkələrin təhsil mütəxəssislərinin iştirakı tədbirin elmi əhəmiyyətini daha da artırıb.
Belə beynəlxalq səviyyəli tədbirlər elm və təhsil sahəsində əlaqələrinin genişlənməsi, eyni zamanda milli-mənəvi dəyərlərin qlobal miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qulu Kəngərli
Daşkənd