Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademiyanın orta ixtisas təhsili pilləsinin buraxılış-hesabat konserti keçirilib.
Konsertdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimaiyyət və mədəniyyət xadimləri, media nümayəndələri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında F.Şopenin “Polonez”, C.Cahangirovun liriq rəqsi “İlk Bahar”, M.Qotşalkın “Tarantella”, yunan rəqsi “Sirtaki”, xalq musiqisi “Şalı-Şalı”, V.Adıgözəlovun “Bayram süitası”, xalq musiqisi “Vağzalı”, B.Asafyevin “Baxçasaray fontanı” və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
A.ƏLİ
XQ