Cənubi Koreya Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir istefa verib

post-img

Cənubi Koreyanın prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Su vəzifəsindən istefa verib.

AZƏRTAC Koreya mediasına istinadla xəbər verir ki, istefaya səbəb Han Duk Sunun prezident seçkisi üçün namizədliyini irəli sürmək planıdır. O, liberal Demokrat Partiyasının namizədi olan Li Ce Myuna qarşı mühafizəkar qüvvələrin güclü alternativi hesab olunur. Prezident seçkisi üçün namizədlərin qeydiyyatı mayın 11-də başa çatır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin parlamentin sabiq prezident Yun Sok Yol haqqında impiçment qərarını təısdiqləməsindən sonra ölkədə növbədənkənar prezident seçkisi iyunun 3-nə təyin olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya