“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub

post-img

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, nəşrdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası haqqında geniş məqalə yer alıb. Çinli oxucular jurnaldakı yazılar vasitəsilə Azərbaycanın tolerantlıq ənənələrin, tarixi-mədəni irsi, o cümlədən Novruz bayramı adətləri, memarlıq nümunələri, ölkəmizin turizm potensialı haqqında məlumat əldə edə biləcək.

Qeyd edək ki, “İRS” jurnalının Çin dili versiyası (“Yichan”) çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur.

Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.













Mədəniyyət