Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir

post-img

Qarabağda yenidənqurma işləri son sürətlə davam etməkdədir. Biz də öz növbəmizdə artıq bir neçə dəfə işğaldan azad olunmuş torpaqlarda yarışlar keçirmişik. Ötən il ultramarafon Xankədidə start götürımüşdüsə, bu il də Xankəndidə yekunlaşdı.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Qəbələ-Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında deyib.

Bu il iştirakçıların və finişə çatanların sayında artım müşahidə edildiyini söyləyən nazir bunun sevindiricu hal olduğunu bildirib: "Hətta, bu il qadın iştirakçıların sayı ötənilkinə nisbətən çoxluq təşkil edirdi. Bundan başqa, yarışda iştirak edən əcnəbi idmançıların da çoxluğu təqdirəlayiqdir. Bu hal bir daha sübut edir ki, doğru yoldayıq. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına təşəkkürümü bildirirəm".

Son xəbərlər