Soydaşlarımız Qazaxıstan Xalqlar Assambleyasının 30 illiyini qeyd edib

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstan Xalqları Assambleyasının 30 illik yubileyi münasibətilə Sayram rayonunda “Qızıl körpü” adlı bayram tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin başçısının müavini Madiyar Əlipov, Türküstan vilayətinin Sosial İnkişaf İdarəsinin tabeliyindəki “İctimai müqavilə” müəssisəsinin müdiri Elmira Canqaziyeva, Qazaxıstan Respublikasının jurnalisti və ictimai xadimi, Rusiya Beynəlxalq Ekologiya Elmləri və Bioresurslar Akademiyasının müxbir üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlər İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Nasiha Kumarqızı öz çıxışlarında ictimaiyyəti bayram münasibətilə təbrik ediblər və ən xoş arzularını çatdırıblar.

Birliyin rəhbəri Ramilə Mustafayeva çıxışında Azərbaycan və Qazaxıstan xalqlarının qardaşlığından danışıb.

Tədbirdə Azərbaycanın mədəniyyəti və adət-ənənələri haqqında sərgi nümayiş olunub. Bayram Azərbaycan və Qazaxıstan mədəniyyətinin məşhur mahnılarının səslənməsi ilə davam edib. 

 







Mədəniyyət