Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı keçirilib

post-img

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihənin Lənkəran Mədəniyyət Mərkəzində yekun tədbiri baş tutub. 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirin Türk dünyası üçün önəmini diqqətə çatdırıb. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar 2024-cü il Lənkəran şəhərinin Türk dünyasının Gənclər paytaxtı seçilməsi çərçivəsində il boyu önəmli tədbirlər təşkil olunduğunu və bu tədbirin də mövzu ilə əlaqədar növbəti addım olduğunu diqqətə çatdırıb.

Daha sonra Türk ölkə və topluluqlarından gələn yazarlar - Özbəkistandan şair Suhrab Ziya, Mohira Eşpoladova, Türkiyədən Enver Aykol, Çuvaşıstandan Natalya Gerasimova çıxış edərək layihənin önəmindən bəhs ediblər. Yazar Banu Muharremin moderatorluğu ilə davam edən tədbirdə Azərbaycandan olan yazarlar Bilal Alarlı, Yusif Nazim, Ayşən Rəhim, Müşfiq Cəbi, Aysel Xanlarqızı, Taleh Mansur, Rizvan Fikrətoğlu, Aytən Qurbanova, Şükür Əli və s. çıxış edərək fikirlərini bölüşüblər.

Sonda xarici  ölkələrdən gələn nümayəndələrə və tədbirin təşkilatçılığında dəstək olan qurumlara Dünya Gənc Türk Yazarlar Birliyinin təltifləri təqdim olunub.  

Rizvan FİKRƏTOĞLU
XQ





Mədəniyyət