Qrenlandiya Danimarkadan uzaqlaşmaq istəyir

post-img

Qrenlandiyanın baş naziri Mute Egede hesab edir ki, ada Danimarkadan müstəqillik əldə etmək üçün səy göstərməlidir. Bu barədə Reuters xəbər verir.

"Tarix və mövcud şərtlər göstərdi ki, Danimarka ilə əməkdaşlığımız tam bərabərliyin yaranmasına gətirib çıxarmayıb. Özümüzlə irəliləməyin və gələcəyi qurmağın vaxtı gəldi".

O əlavə edib ki, müstəqillik haqqında qərar Qrenlandiya xalqı tərəfindən verilməlidir, lakin səsvermənin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

"Reuters"in qeyd edir ki, bu cür bəyanatlar Arktika adasının gələcəyi ilə bağlı ritorikada əhəmiyyətli dəyişiklikdir.

Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda Danimarkanın özünü idarə edən ərazisidir və 2009-cu ildə səsvermə yolu ilə müstəqilliyini elan etmək hüququ qazanıb. 2023-cü ildə Qrenlandiya hökuməti konstitusiyanın ilk layihəsini təqdim edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı Danimarkadan almaq istədiyini bir neçə dəfə bəyan edib. “The New York Post” ABŞ-ın gələcək prezidentinin yaxın adamlarına istinadən yazıb ki, Tramp Qrenlandiyanı almaqda “100 faiz ciddidir”.

S.ELAY

XQ

Dünya