Dərbənd Teatrı Bakıda

post-img

Bakıda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik yubileyi qeyd olunur.

Yubiley mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib. Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik tarixindən söz açan teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar artist Azad Şükürov və digər natiqlər qeyd etdilər ki, ölkəmizdə teatr inkişaf edir, bölgələrə səfərləri artır, bu sahəyə yeni nəsil axışır.

Sonra yaradıcı heyət dünən yubiley münasibətilə Miroslav Mitroviçin “Gecəyarısı soyğunçuluq” pyesinin motivləri əsasında hazırlanmış “Oğru” tamaşasını təqdim edib (Bu barədə daha ətraflı qəzetimizin gələn nömrəsində məlumat verəcəyik).

Qeyd edək ki, yubilyar kollektiv Azərbaycanın bölgələrinə də olacaq. Teatrın truppası rayonlara qastrollara gedəcək. Səfərlər dekabrın 14-nə kimi davam edəcək.

XQ

Mədəniyyət