Qazinin “Allaha salam”ı

post-img

Dünən Nizami Kino Mərkəzində Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzanın rejissorluq etdiyi “Allaha salam” filminin təqdimatı olub. Film Birinci Qarabağ müharibəsindən bəhs edir.

Mərasimdə çıxış edən filmin əsas obrazı, Xalq artisti Məmmədsəfa Qasımov layihənin qısa müddət ərzində peşəkarlıqla ərsəyə gəlməsini böyük uğur kimi qiymətləndirib. O bildirib ki, ekran əsərində qazi obrazına həyat verir, filmdə döyüşçünün müharibədən sonra evinə qayıdanda yaşadığı ağrı-acıları təsvir olunur. Çəkilişlər Şamaxı və Şabran rayonlarında aparılıb.

Xatırladırıq ki, əsərin bədii rəhbəri, Xalq artisti Oqtay Mirqasımov, ssenari müəllifi və rejissoru Xəyal Rzadır.

XQ

Mədəniyyət