Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

post-img

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 11 oktyabr tarixinədək elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.

Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlərin əlaqə telefonlarına SMS vasitəsilə müsahibəyə dəvət olunmaları barədə məlumat göndəriləcək.

Müsahibə mərhələsində namizədlərə 10-15 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.

Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.

Anar ƏLİ
XQ

Mədəniyyət