2 manat ödə, 2 min kitab dinlə!

post-img

Azərbaycanın ən böyük səsli kitab platforması olan “Audiokitab” 2-8 oktyabr tarixlərində X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Builki yubiley sərgisi Bakı Ekspo Mərkəzində baş tutacaq.

19 ölkədən kitab mütəxəssislərinin iştirak edəcəyi sərgidə “Audiokitab”ın həmişəki kimi öz stendi olacaq. Burada xüsusi audiokitab dinləmələri, bestseller təqdimatları və müxtəlif aksiyalar təşkil ediləcək.  Üstəlik görmə və digər sağlamlıq imkanları məhdud şəxslər səsli kitabxananın xüsusi layihələrilə tanış olacaqlar.

“Audiokitab” tətbiqindəki siyahıya dahi mütəfəkkir Məhəmməd Füzulinin "Rind və Zahid" əsəri, həmçinin məşhur qəzəlləri də əlavə olunub. Bu klassik əsərləri peşəkar dublaj aktyorları səsləndiriblər.

  Xatırladaq ki, Azərbaycanın ilk ən böyük səsli kitab platforması olan “Audiokitab MMC” Bakı Abadlıq Xidmətinin layihəsi kimi fəaliyyətə başlayıb. Günü bu gün tətbiq hər gün minlərlə səsli kitabı istifadəçilərinə təqdim edir.















Mədəniyyət