Rejissor Fuad Quliyevin filmi “Qızıl Delfin” mükafatına layiq görülüb

post-img

Rejissor Fuad Quliyevin “AZAL təhlükəsizlik videosu” adlı turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində əsas mükafatlardan birini qazanıb.

Film “Turizm filmləri - İstiqamətlər - Xidmətlər” kateqoriyasının əsas mükafatına - “Qızıl Delfin”ə (Golden Dolphin Award) layiq görülüb.

Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən audiovizual əsərlər göndərilib.

“Azərbaycan Hava Yolları”nın sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.

Qeyd edək ki, film il ərzində bir çox beynəlxalq mükafatlara layiq görülüb.



Mədəniyyət