Dünyaşöhrətli irlandiyalı yazıçı Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

post-img

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

Mədəniyyət Nazirliyindən bildirilib kİ, Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitabın müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.

Con Boynun oktyabrın 3-də “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Mədəniyyət