Azərbaycanlı tələbələr ABŞ-də təşkilatlanırlar

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ABŞ-nin Çikaqo şəhərində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib. Müzakirələrdə xaricdəki azərbaycanlı gənclərin Vətənə bağlılığı və bu sahədə komitənin həyata keçirdiyi layihələr diqqət mərkəzində olub.

Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova quru­mun məqsədi, görülən işlər barədə ətraflı məlumat verib. O, azərbaycanlı tələbələrin təşkilatlanması, həqiqətlərimizin Qərb cə­miyyətinə çatdırılması, ABŞ-dəki dost ic­maların üzvləri ilə əməkdaşlıq barədə söz açıb.

Çikaqo-Kent Hüquq Kollecinin Bey­nəlxalq Proqramlar üzrə rəhbəri Adam Ve­ber təşkilata uğurlar arzu edib və ABŞ-dəki azərbaycanlı tələbələri hər zaman dəstəklə­diyini ifadə edib.

Amerika Orta Qərb Ştatları üzrə Azər­baycan Mərkəzinin təsisçilərindən Fərid Məmmədov tələbələrə tövsiyələrini verib, Azərbaycanı tanıtmaları istiqamətində on­lara daim dəstək olacaqlarını bildirib.

Toplantıda ölkəmizin diasporun fəaliy­yəti ilə bağlı videoçarxlar nümayiş olunub, irimiqyaslı layihələrdən danışılıb. 

XQ

Mədəniyyət