ABŞ-də Azərbaycan guşəsi

post-img

Azərbaycan ABŞ-nin Meyn ştatının Portland şəhərində keçirilən Millətlər Festivalında (“Festival of Nations”) təmsil olunub.

Bu, 22 ildən bəri hər il təşkil olunan ənənəvi festivaldır. Bayramda dünyanın 30-dan çox ölkəsindən, eləcə də kiçik ada dövlətlərindən, müxtəlif etnik xalqlardan olan nümayəndələr iştirak edirlər. 

Bu dəfə ölkəmizi festivalda Tərlan Əh­mədovun rəhbərlik etdiyi Meyn Azərbay­can Cəmiyyətinin nümayəndələri təmsil ediblər. Azərbaycan guşəsində qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədə­niyyəti barədə ətraflı məlumat verilib. Bayraqlarımız və milli atributlarımızla bəzədilən Azərbaycan güşəsində qonaqlara icma üzvləri tərəfindən mətbəximizin ləziz təamları (plov, kabab, şəkərbura, paxlava) təqdim olunub. Milli geyimlərdə olan azər­baycanlı uşaqların nümayiş etdiriyi rəqslə­ri qonaqlar həvəslə alqışlayıblar. Festival­da Azərbaycan musiqisi də ifa olunub. 

Gün ərzində ən çox ziyarətçini qəbul edən Azərbaycan güşəsinə maraq yüksək olub. Qonaqlar guşədə yüksək əhval-ru­hiyyə ilə vaxt keçirib, şəkil çəkdiriblər.

XQ

Mədəniyyət