Həkəri sahillərində musiqili anlar

post-img

Laçın şəhərindəki Həkəri bulvarında, açıq havada bəstəkar-müğənni Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunub. 

Ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxalq Muğam Mərkəzinin solistləri iştirak edib­lər.

Tədbirin əvvəlində mərhum sənətkarın ömür və sənət yolu haqqında məlumat ve­rilib. Tanınmış şair Ramiz Qusarçaylı ona həsr etdiyi şeirlərini söyləyib. Qiraət us­tası, Əməkdar artist Ağalar İdrisoğlu, şair Əli Mahmud, xanəndələr Səbinə Ərəb­li, Ehtiram Hüseynov, mərhumun bacısı oğlu Hikmət Məhəbbət, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu və başqaları maraqlı çıxışlar ediblər. Müğən­ni haqqında xatirələr söylənilib, ifa etdiyi mahnılar səsləndirilib. Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunub. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılıb.

XQ

Mədəniyyət