Misir tarixi daş plitələrdə

post-img

   Misir arxeoloqları Nil çayında apardıqları tədqiqatlar zamanı eramızdan əvvəl 14-cü əsrin əvvəllərində hökmdarlıq etmiş Kral IV Tatmas və eramızdan əvvəl 1390-1353-cü illərdə hökmranlıq etmiş Kral III Amenhotabın dövrünə aid heroqlif yazıları və oymalarının olduğu qaya lövhələr aşkar ediblər. Bilim adamları, bununla yanaşı Nil çayının dibində nəhəng daş plitələr tapıblar. Tədqiqatçılar ümid edirlər ki, bu tapıntılar  öz memarlıq və bədii nailiyyətləri ilə məşhur olan 18-ci əsrdə yaşamış Misir hökmdarları sülaləsinin hakimiyyətini daha yaxşı öyrənməyə kömək edəcək. 

   Plitələrdə Misir hökmdarlarının qazandığı tarixi nailiyyətləri, həmçinin Möhtəşəm Amenhotep və Kral Tutun əcdadı kimi tanınan Kral III Amenhotep haqqında heroqlif yazıları əks olunub. Bəzi məlumatlara görə, bu qədim artefaktlar 1960-cı ildə də aşkar edilmişdi, lakin sonrakı on ildə Misirin Asvan ərazisində Asvan bəndinin tikintisi zamanı bu plitələr yenidən yox olub. (Asvan, Misirin girişini qoruyan və hündürlüyü 65 fut olan firon II Ramzesin dörd nəhəng heykəli və “Əbu Simbel” məbədinin yerləşdiyi tarixi məkandır).

   Qeyd edək ki, Misirin Mədəniyyət və Turizm Nazirliyi bu tarixi tapıntıları yaxşı vəziyyətdə olduğu üçün sənədləşdirə biliblər. Onlar bu kəşfi rəsmiləşdirmək üçün sualtı çəkiliş və fotoşəkil çəkmə üsullarından istifadə ediblər. Onlar, həmçinin fotoqrammetriyadan istifadə edərək şəkillərin 3D modellərini yaradıblar. 

 

   Fidan SALMANOVA

   XQ







Mədəniyyət