Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb

post-img

Polis əməkdaşlarının iyulun 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Abşeron Rayon Polis İdarəsinə müraciət edən 2 nəfər onları aldadan şəxsin hesabına 160 və 70 manat pul köçürdüklərini, bir nəfər isə aldadılaraq 185 manat pulunun alındığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən O.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər