Hacı İsmayılov: Xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq

post-img

Azərbaycan Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə teatr sənətinin inkişafına kömək göstərməkdir. Bu məqsədlə biz bu il bölgələrdəki teatrları “Qonaq teatr” layihəsinə dəvət etdik. Bölgələrdən olan teatr kollektivləri Bakıya çox böyük sevinc və həvəslə gəlirlər. Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik.

Bu sözləri açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov söyləyib.

Xalq artisti deyib: “Bundan sonra xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq. Azərbaycan teatrını dünya səviyyəsinə qaldırmaq lazımdır. Mənim üzərimə çox böyük vəzifə düşür. Teatr Xadimləri İttifaqının on sədri olub, hamısı da Xalq artisti. Onların işini davam etdirmək, əlbəttə ki, böyük məsuliyyətdir. Amma şərəfli bir işdir və mən də çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin”.

Mədəniyyət