Zaxarova: Jurnalist hüququ Makron üçün boş ifadədir

post-img

Jurnalistlərin hüquqlarına hörmət Fransa prezidenti Emmanuel Makron üçün boş bir ifadədir. Bunu iyulun 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova milli təhlükəsizliyə təhdid səbəbindən 2024-cü ildə Parisdə keçiriləcək Olimpiada üçün “İzvestiya” müxbirinə viza verməkdən imtinanı şərh edərkən bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Makron rejimindən çox şey gözləmək olmaz: jurnalistlərin hüquqlarına hörmət edilməsi, onun özü və dəstəsi üçün söz azadlığının təmin edilməsi boş sözdür”, - deyə Zaxarova deyib.

Bundan əvvəl, iyulun 20-də Fransanın daxili işlər naziri Gerald Darmanen bildirmişdi ki, ölkə hakimiyyəti Rusiya Federasiyasından olan bir sıra jurnalistlərin 2024-cü il Olimpiadasını işıqlandırmaq hüququndan məhrum edib. Darmanenin sözlərinə görə, ümumilikdə, xüsusi xidmət orqanları 960 min dosyeni yoxlayanda 4340 nəfərə iyulun 26-dan avqustun 11-dək keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında işləmək və Oyunlarla bağlı tədbirlərdə iştirak etmək imkanından məhrum edilib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya