Milli Yaylaq Festivalı yenidən Göygöl rayonunda

post-img

Bu gün,iyulun 5-də Göygöl rayonunun Xan Yaylağında ənənəvi Yaylaq Festivalı başlanıb. Artıq ikinci ildir ki, rayon bu festivala ev sahibliyi edir. Qeyd edək ki, ilk festival beş il qabaq ilk dəfə Gədəbəy rayonunda keçirilib və böyük marağa səbəb olan tədbirin digər rayonlarda da təşkil olunması qərara alınıb.

Xeyli vaxtdır ki, rayonun icra strukturları, digər müvafiq təşkilatlar bayrama ciddi hazırlq işləri aparırlar. İyulun 7-dək davam edəcək festivala ölkəmizin hər yerindən qonaqlar və turustlər gələcək. Xarici qonaqların da festibalda iştirakı gözlənilir.

Müxtəlif milli idman oyunları, mətbəximiz, musiqimiz, adət-ənənələrimiz və digər tədbirlər sayca üçüncü olan bu festivalın da böyük marağa səbəb olacağı gözlənilir.

Festivalın gedişi haqqında qəzetimizdə geniş məlumatlar verəcəyik.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl rayonu





Mədəniyyət