Festival "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində çox möhtəşəm keçdi. Şuşa sakinləri qarşısında çıxış etmək, konsert vermək həm böyük sevinc, həm böyük məsuliyət, həm də qürurverici idi.
"Sazlı, sözlü kəlağayı günləri " layihəsi çərçivəsində 200 qədimi kəlağayının sərgisi, Güllü Eldar Tomarlının əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, '' Anam kəlağaydı, kəlağay anam''
kitabı təqdim olundu və Şuşa sakinləri tərəfindən maraqla, sevgiylə qarşılandı.
Festivalı giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı..Bu il həmin əlamətdar tarixin 10 illiyi münasibəti ilə Azərbaycanın bölgələrində, Naxçıvan MR-da, elm və təhsil ocaqlarında kəlağayıya aid festivallar, tədbirlər, sərgilər keçirilir və qədirbilən xalqımız tərəfindən sevgilərlə qarşılanır.
Bu gün ''Kəlağayı Festivalı'' işğaldan azad olunmuş Şuşada baş tutdu.
Vətənimizin bütövlüyü, azadlığı, severinliyi uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.
Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna verildi. O, son vaxtlar kəlağayımızın istifadəsinin kəlağayı istehsalına təsir etdiyini, kəlağayımızın təbliğinin nəticəsinin göründüyünü qeyd etdi.
Festivalda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Mussyeva, Texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov, araşdırmaçı, tarixçi, yazıçı Vaqif Osmanlı, şəhid bacısı Lalə İsmayıl, Naxçıvan MR, Culfa rayon, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şairlər, aşıqlardan Əməkdar Mədəniyyət işçisi, Solmaz Kosayeva, Gözəl Kəlbəcərli, Rəvanə Lerikli çıxış etdilər.
Tədbirdə şəhid ailələri, Türkiyədən olan qonaqlar, türkiyəli elm adamı Murad Uzun və Şuşa sakinləri də çıxış etdilər.
Güllü Eldar Tomarlı bu festivala mənəvi dəstək olduğuna görə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimova, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzova və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda birliyimizin tərənnümü olaraq ''Yallı rəqsi'' oldu. Şuşa sakinləri ilə bu anlar çox möhtəşəm idi. Allah bir də qismət eləsin. Şəhidlırimizin ruhu şad olsun.
Festival iştirakçıları xatirə şəkili çəkdirdilər.