Putin: Biz nüvə raketlərinin istehsalını bərpa etməliyik

post-img

Rusiya yerüstü orta və daha qısa mənzilli raketlərin istehsalını bərpa etməlidir. Media yazır ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.

“Birləşmiş Ştatlar bir bəhanə ilə bu müqavilədən çıxdı və bu cür raket sistemləri istehsal edəcəklərini açıqladı”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, Amerikanın orta və yaxın mənzilli raketləri “təlimlər üçün” Avropaya ötürülüb və bu yaxınlarda onların Filippində olduğu açıqlanıb.

“Biz buna reaksiya verməliyik və bu sahədə bundan sonra nə etməli olduğumuza dair qərar verməliyik. Göründüyü kimi, biz bu zərbə sistemlərinin istehsalına başlamalıyıq və sonra faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onları harada yerləşdirməyə qərar verməliyik”, - Putin bildirib.

Sovet dövründə nüvə başlıqları ilə doldurulmuş və NATO-nun Avropa üzvlərinə yönəlmiş 500 km-dən 5,5 min km-ə qədər mənzilli raketlər 1980-ci illərin sonlarında Mixail Qorbaçov və Ronald Reyqanın imzaladığı müqavilə çərçivəsində məhv edilib. 2019-cu ildə ABŞ Rusiyanı onu pozmaqda ittiham edərək üqavilədən çıxıb.

Amerika məlumatlarına görə, Rusiyanın artıq öz arsenalında orta və qısa mənzilli kateqoriyaya aid raketlər var. Bu, nüvə başlığı ilə də təchiz oluna bilən İsgəndər kompleksinin 9M729 raketidir. Kompleksin bəyan edilmiş uçuş məsafəsinin 500 km olmasına baxmayaraq, ABŞ 9M729-un daha çox uçmağa qadir olduğuna inanır və Kalininqrad vilayətində yerləşdirildikdə onun məhvetmə radiusu Qərbi Avropa paytaxtlarını əhatə edir.

S.ELAY

XQ

Dünya