Azərbaycan ilə Misir fotoklubları arasında memorandum imzalanıb

post-img

 

"Gilavar Foto Klubu" ictimai birliyinin təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkəmizdə səfərdə olan misirli fotoqraf Ahmed Mohamed Hassan ilə görüş olub.

Yerli fotoqrafların iştirak etdiyi "Fotoqonaqla görüş" layihəsi Birliyin "PeşəkarSən" maarifləndimə proqramı çərçivəsində baş tutub.

İctimai birliyin idarə heyətinin sədri Rəşad Mehdiyev Gilavar Foto Klubunun fəaliyyəti barədə qonağa məlumat verib, azərbaycanlı fotoqrafların beynəlxalq arenadakı uğurlarından bəhs edib.

"Pharaoh" (Firon) beynəlxalq fotoklubunun təsisçisi və rəhbəri Ahmed Mohamed Hassan fotoqraflarla öz fikirlərini bölüşüb, təqdimat ilə çıxış edib. Dünyanın 20-dən artıq foto təşkilatın titullarına layiq görülən qonaq yerli fotoqraflara ustad dərsi keçib.

Bundan əlavə, Ahmed Mohamed Hassan Gilavar Foto Klubu tərəfindən təşkil olunan "Azerbaijan Photo Salon 2024" beynəlxalq fotomüsabiqədə münsif qismində çıxış edir.

Tədbir çərçivəsində iki klub arasında Anlaşma Memorandumu imzalanıb. 

Sonda Gilavar Foto Klubunun bir qrup üzvünə "Pharaoh" beynəlxalq fotoklubu tərəfindən fəxri diplomlar verilib.















Mədəniyyət