Telli sazın Qərbi Azərbaycan dünyası

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti üzrə qalib olan Azərbaycan Aşıqlar Birliyində artıq layihənin həyata keçirilməsi istiqamətində fəal işlərə başlanılıb.

Bu barədə məlumat verən Birliyin katibi, layihənin rəhbəri, Əməkdar mə­dəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Çağdaş Qərbi Azərbaycan aşıqları­nın musiqi repertuarı” adlanan layihədə əsas məqsəd ulu yurd yerlərimizin aşıq sənətinin əsas beşiklərindən biri olma­sına diqqət çəkmək, öz dədə-baba tor­paqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşlərində məs­kunlaşmış aşıqların yaradıcılıq fəaliyyə­tinə əlavə stimul verməkdir. Əsas diqqət ona yönəldiləcək ki, onlar bu gün ölkə­mizin müxtəlif bölgələrində yaşasalar da, Göyçə, İrəvan, Dərələyəz, Zəngəzur, Ağbaba, Loru-Pəmbək aşıq mühitlərinin ənənəsini necə qoruyub yaşada biliblər. 

Layihənin icra planına uyğun olaraq, ilkin mərhələdə ifaları diskə daxil edilə­cək aşıqlarının müəyyənləşdirilməsinə başlanılıb. Bütün Qərbi Azərbaycan aşıq mühitlərinin təmsil olunmasına diqqət yetirilir, didərginlik taleyi yaşayan aşıq­ların ifaları dinlənilərək, audiodiskə daxil edilməsi dəqiqləşdirilir. Bundan sonra isə hər aşığın səsinə uyğun olaraq aşıq havası seçiləcək və bölgə ilə bağlı olan havalara üstünlük veriləcək. Mətn se­çimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı şeirlər üstünlük təşkil edəcək.

XQ

Mədəniyyət