Rəssamlar İttifaqının Vəcihə Səmədova adlı sərgi qalereyasında mərhum rəssam Kərim Cəlalın fərdi sərgisi açılıb. Bu il onun 80 yaşı tamam olur.
Sərgidə müəllifin müxtəlif rənglərin ahəngindən yaranan, onun daxili aləmini və duyğusunu önə çıxaran “Kötük”, “Adəm və həvva”, “Ata yurdu”, “Ağ at ilində”, Elegiya”, “Dədə Qorqud”, “Bir portretlə iki baxış” və başqa əsərləri nümayiş olunur.
Rəssam Kərim Cəlal da həyatın içindən gələn, Van Qoq, Qogen kimi əsl sənətkar taleyi, ömrü yaşayan bir sənətkar olmuşdur. Elə bunun nəticəsidir ki, onun yaradıcılığında yaşadığı və təxəyyülündə canlandırıb yaşatdığı zamanların izləri, görkəmi, rəngi, ab-havası belə canlı və diridir.
Tanınmış fırça ustasının yaratdığı müxtəlif mövzulu əsərləri ABŞ, Almaniya, İran və Hollandiya muzeylərini və şəxsi kolleksiyaları bəzəyir.
Fidan SALMANOVA
XQ