Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” adlı layihəni həyata keçirib.
Filarmoniyadan bildirilib ki, tədbir çərçivəsində açıq havada vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə konsert proqramı reallaşıb.
Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Cəngi rəqsi ifa olunub.
Həmçinin solistlər Zəminə Nuriyeva, Xəyal Əliyev, Şirxan Cahangirov, Rövşən Məmmədov, Əli Məmmədov, Azər Verdiyev, İlham Qasımov Əlibaba Məmmədovun “Mənim Azərbaycanım”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ” və xalq mahnılarını səsləndiriblər.