Füzuli irsi sevilir və sevdirir

post-img

Ölkəmizin hər yerində olduğu kimi, cənub mirvarisi Lənkəranın təhsil və mədəniyyət ocaqlarında da görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhəm­məd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Lənkəran Dövlət Universiteti (LDU) və Astara Pedaqoji Kollecində təşkil olunan ədəbi-bədii gecələri tələbə-gənclər maraqla qarşılayıblar. 

LDU-da Lənkəran – Astara Regional Mədəniyyət İdarəsi ilə birgə düzənlənən mərasimdə Füzulinin yaradıcılığını əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib, dahi söz ustasının əsərlə­rinə bəstələnmiş musiqilər, şairin yaradı­cılığından seçmə nümunələr ifa olunub.

Astara kollecində isə ədəbi-bədii yu­biley tədbiri “Könül mülkünün sultanı” adlandırılıb. Əvvəlcə dahi şairin poe­tik dünyasına həsr olunmuş video-çarx nümayiş etdirilib. Sonra təhsil ocağının direktoru, professor Kamran Kazımov Prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunan yubileyin önəmindən da­nışıb. Digər natiqlər gecənin təşkilinin gənclərin xalqımızın milli-mənəvi sərvət­lərinə, klassik irsimizə olan marağını artı­racağını bildiriblər. 

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mədəniyyət