Tacikistan Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının mədəniyyət naziri Matlubahon Sattoriyen Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
Muzeyin direktoru Şirin Məlikova muzeyin tarixi, fəaliyyət istiqamətləri haqqında gələn qonaqlara geniş məlumat verib. Qədim Azərbaycan incəsənəti, muzeyin «1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası» adlı yeni ekspozisiyası, həmçinin hazırda muzeydə davam edən Əməkdar rəssam Məmməd Mustafayevin "Gizli və aşkar" sərgisi ilə tanışlıq muzeyə gələnlərin marağına səbəb olub.
Maraqlı fikir mübadiləsi şəraitində keçən muzey ziyarətindən sonra qonaqlar buradan xoş təəssüratlarla ayrılıblar.